“BOZBAS PİCTURES”İN AKTİYORLARININ BAŞINA İŞ GƏLDİ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Aktyor Nicat Rəhimov “Bir xalanın sirri” filminin təhlükəli səhnələrindən danışıb AYDINLIQ.AZ milli.az-a istinadən xəbər verir ki, aktyor qorxduğu üçün həmin səhnələrə çəkilmək istəmədiyini bildirib:

“Bir xalanın sirri” filmində bizim bir çox səhnələrimiz var ki, onları kaskadyorsuz yerinə yetirmişik. Mənim orada maşında bir səhnəm var. “Kamaz” maşının qabağından keçir, digər avtomobillə toqquşur. Sözün düzü, bu səhnəyə çəkilmək istəmirdim, qorxurdum. Bir az diqqətsiz olsaydıq, “Kamaz” bizi vura bilərdi. 15-20 dəqiqə gözlədim ki, bəlkə bu səhnəni çəkməzlər. Daha sonra keçib sükan arxasına oturdum. Çünki “Kamaz”ın sürücüsü mənə söz verdi ki, gəl otur, heç nə olmayacaq”.

Related Articles

050-295-94-79
top