KİŞİLƏRİ ÖLÜMDƏN XİLAS EDİR – FOTO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 11
    Shares

Bunları hər gün edin

Xərçəng əsrin ən bəlalı xəstəliklərindən biridir. Bəlkə də birincisi. Hər il milyonlarla insan bu dərdə mübtəla olur. Bəs o necə yaranır? Xəstəliyin yayılmasında genetikadan tutumuş, yediyimiz yeməklərə qədər hər şeyin təsiri var.

Lakin ən böyük rol gündəlik həyat tərzimizin üzərinə düşür. Bunun üçün gündəlik rasionumuzda, rejimimizdə xırda dəyişikliklər etməklə xəstəlik riskini dəfələrlə azalda bilərsiz. İstiPress xərçəng riskini azaldan bu dəyişikliklıri təqdim edir.

Şəkərdən qaçın 
Şəkərli içkilər diabet, piylənmə ilə yanaşı daha dəhşətli nəticələrə səbəb ola bilər. Xüsusi ilə şəkərli içkilər uşaqlıq xərçəngi riskini artırır. Ən yaxşısı şəkəri həyatınızdan tamamilə çıxarın.

Şəkərli içki

Qoz yeyin 
Müntəzəm olaraq qoz yeyin. Qozun yaddaşa faydasını bilməyən yoxdur. Amma o xərçəng hüceyrələrinin yaranmasının da qarşısını almaq üçün əvəzsizdir. Plümcül bəlalardan qorunmaq üçün xüsusi ilə kişilərə bu çərəzdən bol-bol istifadə etmək məsləhətdir.

Qoz

Gündə 30 dəqiqə yürüyüş 
İdmansız bədəninizin xəstəliklərə qarşı dözümlü hala düşməsi mümkün deyil. İdman salonlarında saatlarla vaxt və pul sərf etməyinizə gərək yoxdur. Gündə 30 dəqiqəlik yürüyüş sizi həm daha gözəl bədənə, həm də daha sağlam cana qovuşduracaq.

İdman

Sarımsaq və soğan 
Hər iki məhsulun qoxusu pis olsa da, faydası tükənməzdir. Xərçəngin ən başlıca düşmənləridirlər.

Soğan, sarımsaq

Daha çox hərəkət 
Daima oturaq həyat tərzi keçirən insanların xərçəng olmaq riski başqaları ilə müqayisədə daha yüksəkdir. Eyni şeyləri televizor qarşısında çox vaxt keçirənlər üçün də demək olar.

Bir stəkan yaşıl çay 
Aparılan araşdırmalara görə, təkribi antioksidantlarla bol olan yaşıl çay anti-xərçəng məhsullar sırasında başda yer alır. Gündə ən azı 1 fincan içmək tövsiyyə edilir.

Günəş şüası 
Bütün bəhanələri kənara atın, günün dadını çıxarın. Hər gün azı 15 dəqiqə onun şüalarını qəbul edin. D vitamini qaynağı olan Günəş başda prostat, süd vəzi olmaqla xərçəngin düşmənidir.

Related Articles

050-295-94-79
top