İNFARKT KEÇİRDİYİ DEYİLƏN FAZİL MƏMMƏDOV DANIŞDI: “BƏSDİRİN ARTIQ”

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Dünən bir sıra saytlarda sabiq vergilər naziri Fazil Məmmədovun infarkt keçirməsi və onun ağır vəziyyətdə Mərkəzi Gömrük Hospitalına yerləşdirilməsi ilə bağlı məlumat yayılmışdı.AYDINLIQ.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, sabiq nazir barəsində yayılan məlumatla bağlı açıqlama verib: “Bunlar əsassız, yalan, uydurma məlumatdır. Mən infarkt keçirməmişəm. Səhhətim normaldı. Belə məlumatlar hardan, kim tərəfindən ötürülür, bilmirəm. Bununla neçənci dəfədir haqqımda yalan informasiya yayılır, bəsdirin artıq”,- deyə Fazil Məmmədov bildirib.

Related Articles

050-295-94-79
top