SÜRÜCÜLÜK VƏSİQƏLƏRİ DƏYİŞİR — VACİB XƏBƏR

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
Dünən “AvtoStop” verilişinin aparıcısı “Facebook” səhifəsində Azərbaycanda verilən sürücülük vəsiqəsinin xarici ölkələrdə etibarlı olmaması barədə status yazmışdı.

“Ölkə.Az” xəbər verir ki, Turalın statusu sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Bir neçə saat sonra isə, Bakı Dövlət Yol Polisinin rəsmisi “AvtoStop” verilişinə məsələ ilə bağlı rəsmi açıqlama verib.Açıqlamaya əsasən, Vyana konvensiyasının 41-ci maddəsi və 6 saylı əlavəsində olan uyğunsuzluqdan xəbərdardılar. BDYPİ-i icraedci orqan olduğundan bu barədə qanunverici orqan olan Milli Məclisə bununla bağlı müraciət edilib. Yaxın günlərdə qanuna dəyişiklik  Milli Məclisin gündəliyinə daxil ediləcək  və bu məsələ öz həllini tapacaqdır. Sürücülərin əlavə narahatlıq keçirməyinə heç bir əsas yoxdur. Tezliklə yeni nümunəli sürücülük vəsiqəsinin təsdiqləndikdən sonra müddəti çatmış sürücülük vəsiqələri dəyişdiriləcəkdir.

Related Articles

050-295-94-79
top