VAQİF ƏSƏDOV YENİ VƏZİFƏYƏ TƏYİN OLUNUB? – AÇIQLAMA

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) yüksək vəzifəyə təyin olunması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.
AYDINLIQ.AZ xəbər verir ki, bu barədə interpress.az-a açıqlama verən Vaqif Əsədov bildirib ki, o, təyinatı ilə bağlı yayılan xəbərlərdən məlumatsızdır: “Mən hələ ki, yerimdəyəm. Hal-hazırda da işdəyəm, iş başındayam. Mənim xəbərim yoxdur, mən bilmirəm. Bəlkə, təyinat olub, amma mən bilmirəm. hər halda, biz hərbçiyik. Hərbçilər barəsində verilən qərar isə müzakirə edilmir. Dərhal yerinə yetirilir. Mənim də yeni vəzifəyə təyin olunmağım xəbəindən məlumatım yoxdur. Hələ ki, rəsmi məlumat yoxdur. Sizin də sualnızı cavablandırmaqda çətinlik çəkirəm. Mən işləyirəm də, mənə başqa nə iş lazımdır ki? Polis işçisiyəm də, fərqi nədir ki, bu vəzifə olsun, ya başqa vəzifə olsun. Amma təbii ki, mənim yeni vəzifəyə təyin olunmağımla bağlı göstəriş verilsə, yerinə yetirilməlidir. Mən də əsgərəm, mənimlə bağlı nə təyinat olsa, canla-başla yerinə yetirəcəm”.
Qeyd edək ki, bu gün Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovniki Kamran Əliyevə yeni vəzifə verilib. Belə ki, daxili işlər nazirinin əmri ilə Kamran Əliyev vəzifəsindən azad edilərək BDYPİ-nin Yol Patrul Xidməti (YPX) şöbəsinə rəis təyin edilib. BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinə də təyinat olub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, mayor Rüfət Quliyev Baş İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib.

Related Articles

050-295-94-79
top