SƏBİNƏNİN OĞLUNUN BU SÖZLƏRİ ÜRƏK PARÇALADI: “ANA, KAŞ Kİ, SƏN…”

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Ötən gün dünyasını dəyişən məşhur ginekoloq Səbinə Mirzəyevanın övladları ilə bağlı yazdığı sözlər onu sevənləri dərindən sarsıdıb. Hazırda mərhumun bu statusu sosial şəbəkələrdə ən çox paylaşılanlar arasındadır.

İşinin çoxluğundan övladlarına zaman ayıra bilmədiyini qeyd edən Səbinə Mirzəyeva üzüntüsüzü bu şəkildə ifadə etmişdi:

“Biri var idi,biri yox idi. Bir ana var idi, bir də oğlanları…Hər gün səhər açılar-açılmaz ana işə tələsərdi, balaları isə məktəbə. Ananın başı işdə öz işlərinə, sevimli pasiyentlərinə qarışar, arada zəng edib oğlanlarından hal-əhval tutar, axşam evə tələsərdi. Bəzən heç axşam evə də gəlməzdi, hər hansısa ananın balasının gəlişinə yardımçı olardı.

Ana çalışırdı ki,oğlanları üçün həyat çox yaxşı olsun,onların arzularını da yerinə yetirə bilsin. Övladlarının gələcəyi üçün gecə-gündüz işləməyə hazır idi . Bütün günü keçmişin acılarını unutmaq, indiki zamanı yaşamaq üçün gələcəyi fikirləşərdi. Özünü bir ana kimi bəlkə də hardasa güclü sayardı. Onsuz da çox sınaqlardan keçmişdi..Səhifəni vərəqlədikcə anaya “Sən çox güclü qadınsan” deyən dostlar, tanışlar da var idi…Bir gün ana işdən evə gələndə qapını həmişəki kimi oğlanlari gülərüzlə açdı, ananın çantasını aldı, paltosunu asdı. Kiçik oğlu birdən köks ötürüb dilləndi: – Kaş ki, ana, sən evdar qadın olsaydın. Məktəbdən gəlib görərdim ki, evdəsən, qarşıma yemək qoyursan, məktəb paltarlarımı dəyişməyimə kömək edirsən. Bunları deyərkən ana oğlunun gözlərində çox kədərli bir məsum baxış, günahsız bir qəm gördü. Ana susdu. Bir anlıq öz uşaqlığını xatırladı. Nəinki məktəb illərində, hətta tələbəlik illərində də anası qızının şirinçayını hazır qoyar, bir tikə çörək yedirməkdən ötrü sağına-soluna keçərdi. Hər dəfə dərsdən gələndə mətbəxdən gələn ləziz yemək qoxusunu iyləyərək ayaqqabısını tələsik çıxarar, çantasını küncə atar, birbaşa mətbəxə cumardı… Bəşəriyyət dönüb o anaya desəydi ki, “O, ən güclü, zəhmətkeş, qayğıkeş anadır” dünyanın böyük ədalətsizlik qanunu yazılmış olardı. Dünyanın ən məsum və günahsız oğlunun yanında ana ən zəif, ən günahkar bəndə idi. Biri var idi,biri yox idi.. Bir də arzular var idi…”

Qeyd edək ki, Səbinə Mirzəyeva iki oğul anasıdır.

mənbə: goldnews.az

Related Articles

050-295-94-79
top