SƏBİNƏ MİRZƏYEVANIN XƏSTƏLİYİ İRSİ İMİŞ : ATASI DA ÜÇ DƏFƏ İNSULT KEÇİRİB

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
Ötən gün dünyasını dəyişən həkim Səbinə Mirzəyevanın atası, “Azərsutikinti” xəstəxanasının baş həkimi Elman Mirzəyev bu günə kimi 3 dəfə insult keçirib.
AYDINLIQ.AZ xəbər verir ki, bu haqda həkimin qohumlarından biri Sfera.az-a məlumat verib.
Bizə verilən məlumata görə, Səbinə Mirzəyeva ailənin tək qızı olub. Ötən gün baş verən hadisə gün ərzində onun övladlarından gizli saxlanılıb. Həkimin övladlarından biri 10-cu sinifdə oxuyur.
Mənbəmiz Səbinə Mirzəyevanın ani ölümü ilə bağlı bunları deyib:
“Mənim məlumatıma görə, o heç bir konfransda hirslənməyib. Sadəcə olaraq beyin damarı partlayıb. Bu səbəbdən də dünyasını dəyişib”.
Qeyd edək ki, S.Mirzəyevanın anası Ofeliya xanım da həkimdir.

Related Articles

050-295-94-79
top